"Ermənistan və Rusiya xarici işlər nazirləri arasında görüşlə bağlı razılıq yoxdur".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla yaxın vaxtlarda görüşün gözlənilib-gözlənilməməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Bizim bu məsələdə razılaşmamız yoxdur. Axırıncı dəfə Rusiya tərəfdən ATƏT-in nazirlər görüşündən əvvəl görüşmək təklifi olmuşdu, müzakirənin nəticələrinə əsasən, həmin görüş baş tutmuşdu və bu barədə ictimaiyyətə məlumat verilmişdi. Bundan sonra biz görüşlə bağlı heç bir təklifi müzakirə etmədik, Rusiya tərəfdən təkliflər vermədik və eşitmədik”, - Mirzoyan bildirib.