Çərşənbə axşamı səhər Fransanın cənubunda etiraz aksiyası zamanı bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

"Unikal" xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb. Aksiyada iştirak edən üç fermeri vuran avtomobildə Ermənistandan olan qeyri-qanuni miqrantlar olub .
Nəşr qeyd edir ki, hər üçünün bir ailənin üzvü olduğu üzə çıxıb: 32 yaşlı qadın yerindəcə keçinib, həyat yoldaşı və 14 yaşlı qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə nəticəsində iki qeyri-qanuni mühacir xəstəxanaya yerləşdirilib. Sürücünün qanında narkotik və ya spirt izi aşkar edilməyib.
Polis hadisənin tam şəraitini aydınlaşdırmaq üçün araşdırma aparır.