İsrailin maliyyə naziri Bezalel Smotriç Qətəri Fələstin HƏMAS hərəkatını məhv etmək səylərinin qarşısını almaqda ittiham edib. 

"Unikal" xəbər verir ki, nazir bunu Aşkelonda keçirilən İsrail Müdafiə və Təhlükəsizlik Forumunun konfransında deyib.

O, Dohanı HƏMAS ilə əməkdaşlıq etdiyini iddia edib.

“Qətər terroru təşviq edir, terroru maliyyələşdirir, terroru yayır və ikili oyun oynayır”, - Smotriç bildirib.

İsrail Maliyyə Nazirliyinin rəhbərinin sözlərinə görə, Qətər HƏMAS tərəfindən saxlanılan israilli girovların geri qaytarılmasına “ən böyük maneədir”.

Gülayə Mecid