Florida ştatının Nümayəndələr Palatası 16 yaşdan kiçik insanlar üçün sosial medianı qadağan edən qanun layihəsini qəbul edib.

"Unikal" ABŞ mətbuatına istinadən xəbər verir ki, Florida Nümayəndələr Palatası respublikaçı üzvlərinin təklif etdiyi, valideynlərin icazəsindən asılı olmayaraq, 16 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsinə səs verib. Qanun layihəsi 106 “hə” səsi, 13 “xeyr” səsi ilə qəbul edilib. 

Qanun layihəsi sosial media şirkətlərindən 16 yaşından kiçik uşaqların istifadə etdiyi aşkar edilən hesabları bağlamağı tələb edir. Sözügedən qanun layihəsinin qanuna çevrilməsi üçün Florida qubernatoru Ron DeSantisin təsdiqi tələb olunur. 

Seymur Əli