Türkiyənin Kayseri bölgəsində 12-ci Hava Nəqliyyatı Baza Komandanlığından təlim üçün havaya qalxan hərbi təyyarə təcili eniş edib.
"Unikal" xəbər verir ki, qəza enişi zamanı C-160 tipli təyyarəyə cüzi ziyan dəyib. Milli Müdafiə Nazirliyi pilotların və ekipajın səhhətinin yaxşı olduğunu açıqlayıb.
Məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən təcili eniş edib.
Ağarza Elçinoğlu
Türkiyədə hərbi təyyarə təcili eniş edib pic.twitter.com/jvImVdXPja
— Unikal.az (@UnikalOrgPortal) January 25, 2024