Fabrikdə təmizlik işçisi işləyən qadın iki iş yoldaşını zəhərləmək üçün ümumi qəhvə maşınına zəhər atıb.

“Unikal” xəbər verir ki, hadisə İngiltərənin Dover şəhərində yanğından mühafizə məhsulları istehsalı fabrikdə qeydə alınıb.

62 yaşlı təmizlik işçisi Karen Beale həmkarlarını zəhərləməyə cəhd etdiyi səbəbi ilə hakim qarşısına çıxarılıb. 

Beale'nin içində hazır qəhvə qranulları olan bankaya gizlicə həb atdığı iddia edilib. Hakim qarşısına çıxarılan qadın belə bir şey etmədiyini və ona qarşı irəli sürülən "zəhərlənmə" iddialarının həqiqəti əks etdirmədiyini bildirib.

Zərifə Nağıyeva