Uzun illər davam edən araşdırmalardan sonra, arxeoloji qazıntılar nəticəsində Yunanıstanın şimalında, Böyük Vergina təpəsinin perimetrində 3 məzar tapılıb.

"Unikal" xəbər verir ki, alimlər məzarları tapılan şəxslərin Makedoniyalı İsgəndərin ailəsinə mənsub olduğunu müəyyən edib. 

Son məlumatlara görə, Makedoniyalı İskəndərin atası, ögey anası, ögey qardaşları və oğlu orada dəfn oluna bilər. Böyük ehtimalla dəfn edilən şəxslərdən ikisi: Makedoniyalı İskəndərin ögey qardaşı Kral Arideos və onun həyat yoldaşı Adea Ebridica. Dəfn olunan başqa bir şəxs, ehtimal ki, yeniyetməlik illərində vəfat edən Makedoniyalı İskəndərin oğlu IV Aleksandrdır. 

Araşdırmalar davam etdirilir. 

Ağarza Elçinoğlu