Malatyanın Battalgazi rayonunda 5,2 bal gücündə zəlzələ baş verib. 30 saniyə davam edən təkan ətraf əyalətlərdə də hiss olunub.

"Unikal" xəbər verir ki, bu  barədə AFAD məlumat yayıb.

Zəlzələ ətraf əyalətlərdə hiss olunsa da, zəlzələ yerin 13,93 kilometr dərinliyində baş verib. 5,2 bal gücündə zəlzələ saat 16.04-də qeydə alınıb.