Sahibsiz heyvanlar İsrailin Qəzzaya hücumları zamanı öldürülən fələstinlilərin meyitlərini yeyir. 

"Unikal" xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.

Fələstinlilərin cəsədlərini sahibsiz heyvanların yeməsinin görüntüləri insanların hiddətinə səbəb olub. Bir çox istifadəçi vəziyyətin amansız olduğunu bildirərək dünyanın Qəzzadakı qətliamın qarşısını ala bilməməsini və beynəlxalq qurumların susmasını sərt ifadələrlə tənqid edib.

İstifadəçilər öz paylaşımlarında hətta fələstinlilərin cəsədlərinin belə baxımsız qaldığını bildirərək, daha əvvəl belə vəhşiliyin yaşanmadığını qeyd ediblər.

Gülayə Mecid