Ukrayna bu il Xmelnitski AES-də dörd nüvə reaktorunun tikintisinə başlamağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko açıqlayıb. 

Bildirilir ki, tikintiyə 2024-cü ilin yay-payız aylarında başlanması planlaşdırılır. Reaktorlar və müvafiq avadanlıqların daxil olduğu iki blok Ukraynanın Bolqarıstandan idxal etməyi planlaşdırdığı Rusiya istehsalı olan avadanlıqlar əsasında qurulacaq. Qalan ikisi enerji avadanlıqları istehsalçısı "Westinghouse"un Qərb texnologiyalarından istifadə edəcək.

Ağarza Elçinoğlu