İl-76 təyyarəsinin Belqorod vilayətində qəzaya uğradığı yerdə zenit-idarə olunan raketin qalıqları aşkarlanıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS əməliyyat xidmətlərinə istinadən məlumat yayıb. 

Məlumata görə, bu qalıqlar təyyarəyə xarici təsirin olduğunu təsdiqləyir, onlar ekspertizaya göndəriləcək: "Bütün metal qırıntılarının axtarışını hərbçilər, müstəntiqlər və kriminoloqlar aparır". 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 24-də İl-76 hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayətində Ukraynanın Xarkov vilayətindən iki zenit raketi ilə vurulub. Təyyarədə 65 ukraynalı məhbus və 9 rusiyalı olub. Onların hamısı ölüb. 

Ağarza Elçinoğlu