Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski ölkədə keçiriləcək parlament və prezident seçkilərinə 4 ay qalmış istefa verib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, seçkilər öncəsi texniki hökumətə parlamentin spikeri, etnik alban Tələt Cəfəri rəhbərlik edəcək.

“Mayın 9-da mənim başçılıq etdiyim yeni hökumət qurulacaq və bu hökumət Şimali Makedoniyanı 2030-cu ilə qədər Aİ-yə aparacaq”, - deyə Cəfəri bildirib. 

Qeyd edək ki, Şimali Makedoniyada parlament seçkiləri aprelin 24-də, prezident seçkiləri isə mayın 8-də keçiriləcək.

Qanuna uyğun olaraq, seçkilərə 100 gün qalmış ölkədə müxalifət nümayəndələrinin iştirakı ilə texniki hökumət formalaşdırılır. Qarşıdan gələn seçkilərdə Kovaçevski Makedoniya Sosial Demokrat İttifaqının rəhbərlik etdiyi koalisiyanın lideri kimi iştirak etmək niyyətindədir.