Yeni Zelandiyada pinqvinlərdən biri uçuş-enmə zolağına qaçdığı üçün təyyarənin uçuşu gecikib

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, təyyarə uçuş-enmə zolağına doğru hərəkət edərkən, pilotlar onların yolunda dayanan pinqvin görüblər.

Onlar məlumatı çatdırdıqdan sonra fövqəladə hallar xidməti quşu yaxalayaraq təhlükəsiz yerə köçürüb.

Təxminən altı həftəlik pinqvinin hava limanının ərazisinə gizlicə girdiyi bildirilib. 

Baytarların məlumatına görə, pinqvinin sağlamlığı ilə bağlı heç bir problem qeydə alınmayıb.