Türkiyənin ilk astronavtı Alper Gezeravcı "Axiom-3 (Ax-3)" missiyasının rəhbəri Maykl Lopez-Aleqriya ilə yemək yediyi anın görüntüsünü paylaşıb.

"Unikal" xəbər verir ki, Gezeravcı paylaşımına "Komandir Mayklla Beynəlxalq Kosmos Stansiyasında yemək zamanı" yazıb. 

Sənaye və texnologiyalar naziri Mehmet Fatih Kaçır "Ax-3" missiyasının rəhbəri Lopez-Aleqriyanın paylaşımından sitat gətirərək "İştahınız bol olsun" deyə paylaşıma münasibət bildirib. 

Lopez-Aleqriya da X hesabında eyni şəkli paylaşaraq "Beynəlxalq Kosmik Stansiyada ilk türk astronavtı ilə şam yeməyi" şərhini yazıb.

Nuranə Abbasova