Parisin İle-de-Frans kommunasında fermerlər hökumətin siyasətinə qarşı milli etiraz hərəkatı çərçivəsində yanvarın 26-da cümə günü Parisdə yol blokadası elan ediblər.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, həmkarlar ittifaqları, “Jeunes” kənd təsərrüfatı işçiləri və fermerlərin hüquqlarının müdafiəsi üzrə aparıcı təşkilatlar şəhərin bütün əsas nəqliyyat arteriyalarını bağlamağa çağırıblar.

Fermerlər bu yolla Fransanın baş naziri Qabriel Attala təsir etmək istəyirlər. Nəşr bildirir ki, onlar Nazirlər Kabinetinin cümə gününə planlaşdırılan açıqlamalarından əvvəl də hökumətə təzyiqi artırmağı planlaşdırırlar.