Konqo Demokratik Respublikasının (DRC) şərqindəki Şimali-Kivu əyalətində üsyançı qrup yerli sakinlərə hücum edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  üsyançıların minaatanlarla həyata keçirdiyi hücumda ən azı 19 mülki şəxs həyatını itirib, 27 mülki şəxs isə yaralanıb. 

Şimali Kivudakı KDC ordusunun sözçüsünün məlumatına görə, "23 Mart Hərəkatı (M23)" adlı üsyançı qrupun üzvlərinin Mveso qəsəbəsinə 120 minaatan atdığını bildirib.  

Şimali Kivunun Masisi və Rutşuru bölgələrində bir çox kənddə DRC ordusu ilə M23 üzvləri arasında qarşıdurmalar davam edir. 2012-ci ildə hökumətə qarşı üsyana başlayan və Şimali Kivuda fəaliyyət göstərən M23 daha əvvəl də dəfələrlə böyük şəhərləri ələ keçirib və Birləşmiş Millətlər Təşkilatının (BMT) qüvvələri tərəfindən dəf edilib.