Cənubi Koreyada millət vəkili küçədə bir nəfərin daşla hücumuna məruz qalıb. 

“Unikal” xəbər verir ki, paytaxt Seulun Qanqnam rayonunda naməlum şəxs hakim Xalq Gücü Partiyasından olan millət vəkili Bae Hyun-cin-ə daşla hücum edib.

Bildirilir ki, həmin şəxsin hücumdan əvvəl deputata yaxınlaşaraq, "Siz millət vəkili Bae Hyun-jinsiniz?" deyib və əlindəki daşla  qadının başına vurub. Hücum nəticəsində qanlar içində qalan millət vəkilinin xəstəxanaya aparılıb.  Hücum edən şəxs isə hadisə yerində saxlanılıb. Baenin huşunun yerində olduğu və həyatının təhlükədə olmadığı açıqlanıb.

Zərifə Nağıyeva