Ukraynada bütün dövlət qulluqçuları və xalq deputatları üçün hərbi təlimlər təşkil etməyi təklif edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamia təklif irəli sürüb. 

Xalq deputatı qeyd edib ki, onlar da digər ukraynalılarla eyni şərtlərlə təlim keçməlidirlər. Parlamentarinin fikrincə, bu, ukraynalıları səfərbərlikdən qorxmamağa və təlim keçməyə sövq edə bilər.

Ağarza Elçinoğlu