Kolumbiyanın şimalındakı Sucre departamentində radiostansiyaya rəhbərlik edən tanınmış jurnalist öldürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Kolumbiyanın Mətbuat Azadlığı Fondu (FLIP) məlumat yayıb. 

"Sonora Estéreo radiostansiyasının direktoru Mardonio Mejia Mendoza yanvarın 24-nə keçən gecə Sucre departamentinin San Pedro şəhərində motosikletdə olan qatillər tərəfindən güllələnib", - təşkilatın bəyanatında deyilir.

Həmin gün qətli törədənlərdən biri saxlanılıb və səlahiyyətlilər qətlin FLIP-in “regionda ən tanınmış jurnalistlərdən biri” adlandırdığı Mejianın peşəkar fəaliyyətinə görə törədildiyini istisna etmir.

 O, həmçinin San Pedro Bələdiyyəsini "mətbuatı qorumaq da daxil olmaqla güclü təhlükəsizlik strategiyalarına rəhbərlik etməyə" çağırıb.