"Ukrayna ABŞ-ın hərbi yardımla bağlı qərarını gözləyir. Bu, indi kritik məqamdır".

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Əlbəttə ki, göydə nəzarətə və yerdə daha böyük imkanlara, xüsusən artilleriyaya nail olmaq üçün daha çox gücə ehtiyacımız var. Amma bizim üçün nə qədər çətin olsa da, artilleriya, raketlər və hava hücumundan müdafiə sursatları ehtiyatımız var. Hər kəsə - əsgərlərimizi və ukraynalıların həyatını müdafiə edən ölkələrə təşəkkür edirəm”, - Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, tərəfdaşların köməyi sayəsində bu ay yüzlərlə Rusiya raketi və pilotsuz təyyarəsi vurulub: "Biz tərəfdaşlarla işləməyə davam edirik. Amerika Birləşmiş Ştatlarından müvafiq qərar gözləyirik - bu çox vacibdir".