Britaniyalı müğənni Robbi Uilyams İngiltərənin “Port Vale” futbol klubunun prezidenti olub.
"Unikal" xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunur ki, Uilyams əslən sözügedən klubun yerləşdiyi Stok-on-Trent şəhərindəndir və uzun müddətdir komandanın azarkeşidir.
“Mənim həyatım qeyri-adi və gözəldir. Klub prezidenti vəzifəsini əldə etmək isə xüsusi bir hissdir”, - deyə musiqiçi bildirib.
Last night we sat down with the newly named Club President, Robbie Williams! 👇#PVFC pic.twitter.com/4okeVTG66I
— Port Vale FC (@OfficialPVFC) January 27, 2024