Moskvada məşhur Satira Teatrı yanır.

"Unikal" xəbər verir ki, yanğın sahəsi 200 kvadratmetrdir.
Bazar günü səhər Moskvanın Triumfalnaya meydanında yerləşən məşhur Satira Teatrında yanğın baş verib.
Binanın damının altından tüstü gəlir. Fövqəladə hallar xidmətinin nümayəndələri hadisə yerindədir.

Damın günbəzinin taxta konstruksiyaları yanır və yanğın genişlənməkdə davam edir. Hadisə yerində 76 xilasedici və 21 texnika çalışır.