Ukrayna prezidenti Volodimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov Ukrayna qoşunlarının baş komandanı Valeri Zalujnının işdən çıxarılmasını təkzib edib.

"Unikal" xəbər verir ki, Zalujninin işdən çıxarılması rəsmi şəkildə təkzib olunub. 

"Qətiyyən. Prezident baş komandanı işdən azad etməyib”, - deyə Nikiforov bildirib.

Ali Radanın keçmiş deputatı Borislav Bereza bildirib ki, Ukrayna lideri guya Zalujnını işdən çıxarıb. 

*** 21:05

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnının vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın bəzi  Teleqram kanalları məlumat yayıb.

Hələlik məlumat tam təsdiqini tapmayıb.