Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

"Unikal" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Səbail” “Zirə”ni qəbul edəcək. “ASCO Arena”dakı oyun saat 15:00-da start götürəcək.

Digər görüş isə “Bank Respublika Arena”da “Sabah” və “Qarabağ” komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.

Bu cütün cavab görüşləri fevralın 8-də keçiriləcək.

Qeyd edək ki, 1/4 finalın digər matçları yanvarın 31-də oynanılacaq.