Bu gecə Rusiya hava hücumundan müdafiə sistemləri Krım, Belqorod, Bryansk, Kaluqa və Tula vilayətləri ərazilərində Ukraynaya məxsus 21 təyyarə tipli pilotsuz təyyarəni ələ keçirərək məhv edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

"Dünən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə aviasiya tipli pilotsuz uçan aparatdan istifadə etməklə terror aktı həyata keçirmək cəhdinin qarşısı alınıb", - deyə idarənin məlumatında bildirilir.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi onu da əlavə edib ki, Krım ərazisində zenit müdafiə sistemləri 11 pilotsuz uçuş aparatını, Belqorod vilayətində 5 ATS, Bryanskda 3, Kaluqada 1 və Tulada 1 təyyarəni ələ keçirib və məhv edib.