Futbol üzrə Asiya Kubokunda 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, Özbəkistan millisi Tailand yığması ilə qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən özbəklər adını növbəti raunda yazdırıb.

Günün digər oyununda isə Səudiyyə Ərəbistanı ilə Cənubi Koreya seçmələri qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl Avstraliya, Tacikistan, İordaniya və Qətər seçmələri 1/4 final mərhələsinə vəsiqə qazanıblar.