Meksikada içərisində insanların olduğu ikimərtəbəli avtobus qoşqu ilə toqquşub. Nəticədə 20 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, daha 22 nəfər isə ağır yaralanıb.

Qəza nəticəsində hər iki avtomobil yanıb. Ölənlərin hamısının yerli sakinlər olduğu bildirilir. Mülki müdafiə xidməti qeyd edib ki, həlak olanların və xəsarət alanların hesablanması başa çatmayıb - qəza yerində işlər davam edir.