Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.
"Unikal" FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 6 m² sahədə və qapısı əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər (2-si uşaq olmaqla) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
08:43
Sumqayıtda yanğın nəticəsində ana və övladları tüstüdən zəhərlənib.
"Unikal" xəbər veri ki, hadisə 8-ci mikrorayonda baş verib.
Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Heydərova Nuranə Zahid qızının kirayə qaldığı ümumi sahəsi 70 kv.metr olan mənzilin 10 kv.metr hissəsi yanıb.Nəticədə qadın və övladları, 2015-ci il təvəllüdlü Cəbrayılov Nihad Ibrahim oğlu, 2018-ci il təvəllüdlü Cəbrayılov Renat İbrahim oğlu tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.