Bakının Suraxanı rayonunda hərbçilərin olduğu minik avtomobili qəzaya uğrayıb.

"Unikal" "BAKU.WS"yə istinadən xəbər verir ki, hadisə Yeni Suraxanı adlanan ərazidə qeydə alınıb.

Qəza zamanı maşın işıq dirəyinə çırpılıb. Nəticədə 1-i ağır olmaqla 2 nəfər xəsarət alıb.