Yeni təsis edilən Beynəlxalq Çövkən Federasiyasının prezidenti bəlli olub.
"Unikal" xəbər verir ki, bu vəzifəyə Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev seçilib.
Polşanın nümayəndəsi Matsey Miçel Olbriç isə qurumun baş katibi olub.
Baş Assambleyanın fevralın 2-də keçiriləcək yekun iclasında Beynəlxalq Çövkən Federasiyasında digər rəhbər vəzifələrə seçkilərin keçirilməsi nəzərdə tutulub.