Azərbaycan Basketbol Liqasında 13-cü turun daha bir oyunu baş tutub.
"Unikal" xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilən günün ikinci matçında yeni transferləri ilə güclənmiş "Neftçi" aşağı pillələrdə qərarlaşan "Sumqayıt" klubu ilə qarşılaşıb.
Görüş paytaxt təmsilçisinin 113:96 hesablı qələbəsi ilə bitib.
Ən məhsuldar basketbolçular "Neftçi"dən Di Ancelo Stüart (24 xal, 4 asist), "Sumqayıt"dan Lenard Dikson (29 xal, 6 ribaund) olublar.