ABŞ millisinin əfsanəvi basketbolçusu Maykl Cordanın idman ayaqqabıları hərracda rekord məbləğə satılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı veteran oyunçunun Milli Basketbol Assosiasiyasında (NBA) çempionluq yaşadığı 1991,1992,1993,1996,1997 və 1997-ci illər mövsümündə istifadə etdiyi ayaqqabılar 8 milyon ABŞ dollarından artıq qiymətə satın alınıb.

Bu, indiyədək idman ayaqqabılarının satışı üzrə rekord göstəricidir.

Qeyd edək ki, Maykl Cordan karyerası ərzində “Çikaqo Bullz” və “Vaşinqton Vizards” komandalarının formalarını geyinib.