Quba-Qusar yolunda avtomobil qəzasında xəsarət alanlardan biri ölüb

"Unikal"ın məlumatına görə, Qusar-Quba yolunun 4-cü kilometrliyində baş verən avtomobil qəzasında xəsarət alan beş nəfərdən biri, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu xəstəxanada ölüb. 

Qəzada yaralanan digər 4 nəfərin isə müalicələri xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

***

10:40

Quba-Qusar yolundakı yol qəzasında yaralananların adları məlum olub.

“Unikal”ın məlumatına görə, Quba rayonu Xucbala kəndi ərazisində  "VAZ-2109" və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-cı il təvəllüdlü Süleymanov Qahir Asəf oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca

***

09:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonunda (Qusar-Quba avtomobil yolunun 4-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ” və “Opel” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.