Bakıda nəqliyyat vasitəsi qaçırılıb.
"Unikal" DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı və 18-ci Polis şöbələri əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “FAW” markalı avtomobili qaçırmaqda və yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Mingəçevir şəhər sakini Qılınc Abbasov saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.