Naxçıvan Muxtar Respublikasının Babək rayonunda dəm qazı 41 yaşlı qadının ölümünə səbəb olub.
"Unikal" xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Naxışnərgiz kəndində qeydə alınıb.
Belə ki, dəm qazının sızması nəticəsində kənd sakini, 1983-cü il təvəllüdlü Zamanova Məleykə Mahmud qızı dünyasını dəyişib.
Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.