Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"  xəbər verir ki, hadisə "Azərbaycan" küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, 77-ET-218 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobillə 75-BJ-181 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan biri Naxçıvan şəhər sakini, 2001-ci il təvəllüdlü Quliyev Fərid Pərviz oğludur.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.