Bakıda yolun hərəkət hissəsinə aşan ağac götürülüb.

"Unikal"  xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Birliyin əməkdaşları dərhal hadisə yerinə gəlib və ağac yoldan götürülüb.

*** 19:41

Bakıda ağac yola aşıb, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağac yolun hərəkət hissəsinə aşıb. Bu səbəbdən də Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Sürücülərdən nəzərə almaları xahiş edilir.

Baki şəhər yaşıllaşdırma təsərrüfatı birliyinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Ağac aşmanın fəsadları aradan qaldırılır.