Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 300 yük maşını gözləyir.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, “Biləsuvar” gömrük postunda 47, Astara gömrük postunda 106, “Mazımqara” gömrük postunda 14, “Samur” gömrük postunda 45 və “Xanoba” gömrük postunda 5 yük maşını keçid üçün gözləmədədir.