Heydər Əliyev prospekti, əsas yolda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu barədə NİİM məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.