Tovuzda yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "TIR" markalı yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü Göygöl rayon sakini Elbrus Məlikov yüngül xəsarət alıb.

Qəzadan sonra "TIR"da yüngül yanğın hadisəsi baş verib. Hadisə yerinə FHN yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə edilib.

Qeyd edək ki, TIR markalı yük maşını Türkiyədən Rusiyaya yük aparırmış.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov