Şabranın Ağbaş kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, Bakı-Quba avtomobil yolunun kənddən keçən hissəsində rayon sakini 1965-ci il təvəllüdlü Məcidov Rahib Əli oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı aldığı müxtəlif dərəcəli xəsarətlərdən ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca