Şəkidə iki avtomobil toqquşub.

"Unikal" xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində avtomobillərdə olan iki nəfər, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılov və 1949-cu il təvəllüdli Çingiz Kamal oğlu Səmədov aldığı bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli