Amerikalı jurnalist Taker Karlson yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putindən müsahibə alacağını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, damdan yayımladığı videomüraciətində deyib. 

Karlson Rusiyaya ötən həftənin sonunda gəlib. Hələ 2023-cü ilin sentyabrında jurnalist Putindən müsahibə almağa çalışdığını, lakin ABŞ hakimiyyəti tərəfindən buna qadağa qoyulduğunu bildirib

Rusiya Federasiyası Prezidentinin özü sonuncu dəfə 2021-ci ilin oktyabrında Qərb mətbuatının nümayəndəsinə müsahibə verib, sonra Rusiya Enerji Həftəsinin plenar iclası başa çatdıqdan sonra onunla Amerikanın CNBC telekanalının aparıcısı Hedli Qembl danışıb.

Nuranə Abbasova