Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, qəza Zabrat şosesində qeydə alınıb.

1988-ci il təvəllüdlü Nəsirov Elsəvər Vəli oğlu yolu keçərkən onu 217 saylı sərnişin avtobusu vurub. Yaralı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.