“İnter” “Napoli”nin futbolçusu Pyotr Zelinskini heyətinə cəlb edəcək.

"Unikal" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər arasında danışıq müsbət yekunlaşıb və transferin fevralın sonunda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 29 yaşlı polşalı yarımmüdafiəçinin "Napoli" ilə müqaviləsi bu ilin iyununa qədərdir. 2016-cı ildən "Napoli"də çıxış edən 29 yaşlı futbolçu bu mövsüm ümumilikdə 26 oyuna 3 qol vurub, 3 qol ötürməsi edib.