Mingəçevirdə dəm qazından zəhərlənən hərbçi dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, bir neçə gün əvvəl Mingəçevir şəhəri Günəşli yaşayış massivində yerləşən evinin hamam otağında zəhərlənərək komaya düşən 1983-cü il təvəllüdlü hərbçi Nəbiyev Hakim Hüseyn oğlu bu gün xüsusi rejimdə saxlanıldığı xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Qeyd edək ki, mərhum iki övlad atasıdır.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov