7 fevral 2024-cü il, Bakı–Azərbaycanın milli aviadaşıyıcısının xaricdə işləyən və ya müvəqqəti yerləşən əməkdaşları danövbədənkənar prezident seçkilərində iştirak edirlər.

"Unikal" xəbər verir ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri bu gün, fevralın 7-də keçirilir.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin ölkə xaricində olan əməkdaşları fəal vətəndaş mövqeyi nümayiş etdirirlər. Uzun uçuşdan sonra Pekin, London, Paris və dünyanın digər şəhərlərində istirahət edən uçuş heyəti də seçki prosesində iştirak edir.

Harada olmasından asılı olmayaraq seçkilərdə iştirak AZAL əməkdaşlarının vətəndaşlıq borcunun ifadəsidir.