12 yaşlı qız dəm qazından zəhərlənərək dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, hadisə Ağsu şəhər S.Rzayev küçəsində baş verib.
Həmin küçədə yaşayan 2012-ci il təvəllüdlü Sadıqova Fidan Valeh qızı hamam otağında dəm qazından zəhərənərək, Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, göstərilən tibbi yardımlara baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli