ABŞ-ın “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları “exit-poll”arın nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,60 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.

"Unikal" xəbər verir ki, digər bölgələrdə olduğu kimi, Zəngilan rayonunun Ağalı kəndinin sakinləri də İlham Əliyevin inamlı qələbəsini bayram əhvali-ruhiyyəsində qarşılayıblar. Avtomobil karvanı kəndin mərkəzi küçələri boyunca musiqi sədaları altında yürüş edib. Həmçinin kənd sakinləri mərkəzdəki istirahət parkına toplaşaraq, sevinc hisslərini paylaşıblar.