Mərkəzi Avropa vaxtı ilə saat 19:00-da növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı Mərkəzi və Avropa ölkələrindəki seçki məntəqələrində səsvermə başa çatıb.

"Unikal" xəbər verir ki, ölkəmizin səfirliklərində yaradılan bu məntəqələrdə seçicilərin indiyədək görünməmiş fəallığı qeydə alınıb. Xüsusən, Azərbaycanın Macarıstan və Çexiyadakı səfirliklərində fəaliyyət göstərən seçki məntəqələrində müvafiq olaraq aşağıdakı nəticələr qeydə alınıb: 287 seçicidən 222-si və 414 seçicidən 225-i səsvermədə iştirak ediblər.

Yuxarıda göstərilən məntəqələrin heç birində pozuntu qeydə alınmayıb.